"Mançester Siti" Qvardiol məsələsini həll edir
"Mançester Siti" "Leypsiq"in müdafiəçisi Yoşko Qvardiolun transferini reallaşdırmaq üzrədir.
Sportline.az xəbər verir ki, bu haqda məşhur insayder Fabrisio Romano tvitter səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə həftənin sonunadək məsələyə tam aydınlıq gətiriləcək.
21 yaşlı xorvatiyalının cümə günü tibbi müayinədən keçəcəyi bildirilir.
Onun transferinin "Mançester Siti"yə 90 milyon avroya başa gələcəyi gözlənilir.