"Mançester Siti" Qvardyola ilə bağlı qərar verib
"Mançester Siti" Qvardiola ilə müqavilənin müddətini uzadacaq.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Nikolo Skira Tvitterdə paylaşım edib.
Onun sözlərinə görə"şəhərlilər" ispaniyalı mütəxəssislə anlaşmanın müddətini 2027-ci ilədək uzatmağı qərara alıblar.
Hazırkı müqavilə 2025-ci ilin iyununda qüvvədən düşəcəkdi.
Qeyd edək ki, Qvardyola 2016-cı ildən "Siti"ni çalışdırır.
Komanda onun rəhbərliyi ilə 5 dəfə İngiltərə çempionu adını, iki dəfə İngiltərə kuboku və Superkubokunu, bir dəfə Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.