"Mançester Siti" - "Real Madrid": Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.
Sportline.az xəbər verir ki, ilk oyunda rəqibinə 3-0 hesabı ilə qalib gələn "Real Madrid" səfərdə "Mançester Siti" ilə üz-üzə gələcək.
"Şəhərlilər" üçün bu oyunda geri dönüş etmək çox çətin olacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində Yosko Qvardiol və Riko Luyis zədəlidir.
Kral klubunda Raul Asensio, Ferland Mendi, David Alaba, Eder Militao, Dani Sebalyos, Cud Bellingem və Rodriqo meydana çıxa bilməyəcək. Sözü gedən futbolçular zədədən əziyyət çəkir. Kilian Mbappenin durumuna oyun saatlarında aydınlıq gələcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək matçı fransalı hakim Kleman Turpen idarə edəcək.