Çempionlar Liqası: "Mançester Siti" - "Real" oyunu üçün hakim təyinatları

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Mançester Siti" - "Real" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, matçı Rumıniya Futbol Federasiyasından İştvan Kovaç idarə edəcək. Ona həmyerliləri Vasile Marineku və Ovidiu Artene köməklik göstərəcək. Dördündü hakim funksiyasını Artur Diaş (Portuqaliya) yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 26-ı keçiriləcək "Mançester Siti" - "Real" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.