"Mançester Siti" Sançezlə razılığa gəldi

Yanvar ayında "Arsenal"dan ayrılacağı gözlənilən Aleksis Sançezin karyerasını "Mançester Siti"də davam edəcəyi bildirilir. SportLine.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Xəbərdə "şəhərlilər"in 28 yaşlı hücumçu ilə ilkin razılıq əldə etdiyi yazılıb. Pep Quardiola ilə yaxşı münasibətləri olan çilili futbolçunun Mançesterə köçməkdə maraqlı olduğu deyilir. Rəhbərliyin yaxın günlərdə "Arsenal"la da rəsmi danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, A.Sançez P.Quardiolanın rəhbərliyi altında "Barselona"nın şərəfini qoruyub.