"Mançester Siti"də ayrılıq

"Mançester Siti"nin futbolçusu Kalvin Filips klubdan ayrılmaq fikrində qətidir.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano məlumat paylaşıb.

Onun sözlərinə görə, ingiltərəli futbolçu “Mançester Siti”də oyun praktikasının azlığından şikayətçidir.

“Hər futbolçu oynadığı klubda əsas heyətdə çıxış etmək istəyir. Mən də onlardan biriyəm. Kənarda qalmaq insanın qürurunu sındırır” , - deyə Filips fikrini izah edib. 

Qeyd edək ki, Kalvin Filips yanvar ayınadək əsas heyətdə çıxış etməsə klubdan ayrılacağını və başqa komandaya transferini tələb edəcəyini bildirib.