"Mançester Siti"də bu futbolçuya yol göründü
"Şəhərlilər" Kalvin Fillipslə yollarını ayıra bilər.
Sportline.az xəbər verir ki, Kevin de Brüynenin zədələnməsi və İlkay Gündoğanın komandadan getməsinə görə "Mançester Siti" yarımmüdafiəçini buraxmaq istəmirdi.
Əslində, Fillips də komandadan getmək istəmirdi. Amma artıq futbolçu fikrindən daşınıb. Artıq o, Avropa çempionatında İngiltərə millisində davamlı oynamaq üçün daha çox oyun təcrübəsi toplamaq niyyətindədi. Buna görə də Kalvin başqa klub axtarışındadır.
Qeyd edək ki, Fillips cari mövsüm bütün turnirlərdə keçirdiyi 5 oyunda heç nə ilə yadda qalmayıb.