"Mançester Siti"dən 100 milyonluq təklif
"Mançester Siti" Lukas Paketanın transferində israrlıdır.
Sportline.az Foot Mercato nəşrinə istinadla xəbər verir ki, mançesterlilər bununla bağlı "Vest Hem"ə növbəti təklif ünvanlayıblar.
"Şəhərlilər" braziliyalı yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, bundan əvvəlki 80 milyonluq təklif "Vest Hem" tərəfindən qəbul olunmamışdı.