"Mançester Siti"dən ayrılır?
"Bavariya" və "Real Madrid" Yosko Qvardiol üçün transfer yarışına girib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 23 matçda 2 qol, 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Y.Qvardiolun "Mançester Siti" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.