"Mançester Siti"dən "Bavariya"ya

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker karyerasını Almaniyada davam etdirə bilər.

Sportline.az Sky Sport nəşrinə istinadla xəbər verir ki, "Bavariya" 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Münhenlilər onunla 2+1 sxemi ilə müqavilə bağlamaq niyyətindədirlər.

Futbolçunun Münhenə yollanmağa razı olduğu bildirilir.

Bu transferin "Bavariya"ya 15 milyon avroya başa gələcəyi gözlənilir.