"Mançester Siti"dən "Bavariya"ya
"Mançester Siti"dən azad agent kimi ayrılacaq Con Stounz karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Bavariya" 31 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Stounz cari mövsüm 17 rəsmi matçda iştirak edib.