"Mançester Siti"dən "Real"ın məşqçisinə inanılmaz təklif

"Mançester Siti" "Real"ın fiziki hazırlıq üzrə məşqçisi Antonio Pintusun xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda İspaniyanın "Libertad Digital" saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, mançesterlilər ona inanılmaz təklif göndəriblər.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola onun məşqçilər korpusunda yer almasını istəyir.

Qeyd edək ki, Pintus 2021-ci ildən "Real"ın fiziki hazırlığına cavabdehdir.