"Mançester Siti"dən "Roma"ya
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Roma" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "canavarlar" "Mançester Siti"nin müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatıb.
31 yaşlı futbolçu ilə üç illik müqaviləyə qol çəkilib.
Transfer İtaliya klubunu 5 milyon avro xərcə salıb.