“Mançester Siti”dən “Vest Hem”ə

“Vest Hem Yunayted” “Mancester Siti”də çıxış edən Kalvin Filipsi icarə əsasında heyətinə qatıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu mövsümün sonuna kimi “çəkiçdöyənlər”in uğurları üçün çalışacaq.

Bu mövsüm "şəhərlilər"in heyətində 10 oyuna çıxan Filipsin aktivində 1 qol var.

Transfermarkt portalına görə oyunçunun transfer dəyəri 28 milyon avrodur.

Qeyd edək ki, Kelvin Filips 2022-ci ildə 45 milyon avro qarşılığında “Lids Yunayted”dən “Mancester Siti”yə transfer olunub.