"Mançester Siti"nin əsas hədəfi
"Mançester Siti" klubu "Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmixi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Kimmix transferini yanvar ayında həll etmək istəyir.
"Mançester Siti" Kimmix üçün "Bavariya" klubuna rəsmi təklif göndərib.
29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.
Qeyd edək ki, Kimmixin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.