"Mançester Siti"nin hədəfi

"Mançester Siti"nin hücumçusu Xulian Alvares komandasının hədəflərindən söz açıb.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu açıqlamasında daha çox titul qazanmaq istəyində olduqlarını bildirib.

"Özümü Mançesterdə xoşbəxt hiss edirəm. Bir ildən bir qədər çoxdur ki, bu klubdayam. Əldə etdiyimiz uğurlardan məmnunuq. İlk gündən mənə dəstək verdilər. Burada həm futbolçu, həm də, bir insan kimi böyümüşəm. Hədəfimiz daha çox titul qazanmaqdır", - deyə o, "Barca Universal"a "Real" və ya "Barselona"ya transfer barədə sualı cavablandırıb.

Qeyd edək ki, Alvares bu mövsüm meydana çıxdğı 26 oyunda 10 qol, 9 assist müəllifi olub.