"Mançester Siti"nin iilik gəliri açıqlandı

"Mançester Siti" 2022-2023 mövsümündə 817 milyon avro qazanc əldə edib.

Sportline.az xəbər verir ki, bu, İngiltərə klubları arasında rekorddur.

Klubun saytında yayılan məlumata əsasən, "şəhərlilər" bundan əvvəlki mövsümlə müqayisədə 114 milyon avro çox qazanıblar.

Gəlirin əsas mənbəyi reklam, TV yayımı və bilet satışıdır.