"Mançester Siti"nin ulduz futbolçusu zədə üzündən Super Kubok matçını buraxacaq
"Mançester Siti"nin vinqeri Cek Qriliş "Mançester Yunayted" ilə Super Kubok matçında komandasına kömək edə bilməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözləri görə, 28 yaşlı futbolçu "şəhərlilər"in son məşqlərinin birində zədə alıb.
Ötən mövsüm Qriliş bütün turnirlər daxil olmaqla 36 oyunda 3 qol vurub, 3 asist etmişdi.
Xatırladaq ki, İngiltərə Super Kuboku uğruda görüş bu gün saat 18:00-da keçiriləcək.