“Mançester Siti”nin yeni hədəfi bəlli olub
“Bayer”in argentinalı hücumameyilli futbolçusu Klaudio Eçeverri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, “şəhərlilər” yanvar ayında Leverkuzen klubuna rəsmi təklif göndərəcək.
19 yaşlı yarımmüdafiəçinin dəyəri “Transfermarkt” portalına görə, 18 milyon avrodur.
Qeyd edək ki, Argentina U-20 millisinin üzvü bu mövsmü meydana çıxdığı 12 matçda 1 qol, 1 asistlə yadda qalıb.