“Mançester Yunayted” alman mütəxəsislə danışıqlara başlayıb
“Mançester Yunayted” Yulian Nagelsmann ilə danışıqlara hazırlaşır.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" baş məşqçi postu üçün yeni variantları dəyərləndirməyə davam edir.
Məlumata görə, klub alman mütəxəssis Yulian Nagelsmanı ilə bu ay ərzində danışıqlara başlamağa hazırlaşır. Hətta yaxın günlərdə klub nümayəndə heyətinin Almaniyaya səfər edərək ilkin müzakirələr aparacağı bildirilir.
Naqelsmannın klub futboluna qayıtmağa müsbət yanaşdığı və Dünya Çempionatından sonra Premyer Liqada işləmək istədiyi qeyd olunur.