“Mançester Yunayted” azarkeşləri Altay Bayındırı istəyirlər
“Mançester Yunayted”in yeni transferi Andre Onananın zəif çıxışı azarkeşləri qəzəbləndirib.
Sportline.az Habaerler.com-a istinadla xəbər verir ki, “qırmız şeytanlar”ın azarkeşləri bundan sonra Altay Bayındırın əsas heyətdə yer almasını istəyirlər.
Komandanın son oyunlarındakı nəticələrdən narazı qalan fanatlar Andre Onana transferini faciə adlandırıblar.
Qeyd edək ki, Andre Onana "Mançester Yunayted" forması ilə çıxdığı 4 görüşdə qapısından 10 top buraxıb