"Mançester Yunayted" "Barselona"ya rəqib oldu
"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Teleqraf"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilə elçi düşüb.
Joze Mourinyo yanvar ayında "topçular"la vidalaşacağı gözlənilən almaniyalı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, bir neçə gün öncə "Barselona"nın 29 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başladığı və ilkin razılıq əldə etdiyi deyilirdi.