"Mançester Yunayted" "Börnli"nin oyunçusu ilə maraqlanır
"Mançester Yunayted" "Börnli"nin norveçli futbolçusu Sander Berqeni transfer siyahısına daxil edib.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, "qırmızı-şeytanlar" mümkün transferlə bağlı futbolçunun meneceri ilə əlaqəyə keçiblər.
26 yaşlı Sander Berqe ötən mövsüm "Börnli" forması ilə Premyer Liqada 37 oyun keçirib və 1 qol, 2 asistlə yadda qalıb.
2017-ci ildən Norveç millisinə dəvət alan Berqe komanda ilə 46 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, oyunçu ilə maraqlanan klublar arasında "Fənərbağça" da var.