“Mançester Yunayted” Çempionlar liqasından uzaqlaşdırıla bilər
İngilətərənin “Mançester Yunayted” klubu Qleyzer ailəsinin 1,3 milyard sterliq yardımından sonra Çempionlar Liqasından uzaqlaşdırılma təhlükəsi ilə üz-üzə gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Fransanın 2-ci liqasında 2 klub sahibi olan Qleyzerlər “qırmızı şeytanlar”a yardım edib.
UEFA-da isə 1-dən çox klub sahibi olan şəxslərin yardım etməsi qadağan olunduğundan “Mançester Yuanyted” bu mövsüm Çempionlar Liqasından uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, klub rəhbərliyi belə bir qadağadan xəbərsiz olduğunu və yardımı geri qaytaracağını bildirib.