"Mançester Yunayted"dən "Vest Hem"ə
"Mançester Yunayted"inmüdafiəçisi Aaron Van-Bissaka "Vest Hem"in uğurları üçün çalışacaq.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, 26 yaşlı futbolçunun keçidi londonlulara 15 milyon avroya başa gələcək.
Qeyd edək ki, Van-Bissaka 2019-cu ildən "qırmızı şeytanlar"ın formasını geyinir.
Son mövsümdə 30 oyunda meydana çıxan futbolçu 3 məhsuldar ötürmə ilə yadda qalıb.