"Mançester Yunayted" Erik Ten Haqla bağlı qərarını verib

Premyer Liqa tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Mançester Yunayted"də baş məşqçi Erik Ten Haqın gələcəyi ilə bağlı qərar qəbul edilib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İngiltərə nəhəngi çalışdırıcının komandada qalacağını açıqlayıb.

Müqaviləsi gələn mövsüm başa çatacaq niderlandlı mütəxəssislə yaxın günlərdə danışıqlara başlanacağı bildirilir.

Qeyd edək ki, "Qırmızı şeytanlar"la ikinci mövsümünü keçirən Erik Ten Haq ötən mövsüm  FA Cup-un qalibi olub.