"Mançester Yunayted" fanatlarına şad xəbər

"Mançester Yunayted"in futbolçusu Meyson Maunt zədəsini tam sağaldıb.

Sportline.az xəbər verir ki, ötən ilin noyabrından yaşıl meydanlardan kənarda qalan yarımmüdafiəçi artıq sıraya dönür.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, o, ümumi qrupla məşqlərə başlayıb.

Xatırladaq ki, 25 yaşlı futbolçu cari mövsümdə keçirdiyi 12 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.