"Mançester Yunayted" hücumçu transfer edəcək

"Mançester Yunayted" yeni hücumçu transferinə hazırlaşır.

Sportline.az Bild nəşrinə istinadla xəbər verir ki, mançesterlilər heyəti daha bir forvardla gücləndirmək niyyətindədirlər.

Söhbət "Ştutqart"ın futbolçusu Seru Girassidən gedir.

27 yaşlı qvineyalının keçidinin yanvarda həll olunacağı bildirilir.

Qeyd edək ki, "qırmızı şeytanlar"la yanaşı "Nyukasl"da Girassinin xidmətində maraqlıdır.

Onun transfer dəyəri 17, 5 milyon avrodur.