"Mançester Yunayted" İbrahimoviçə əvəzləyici tapdı

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo zədə səbəbilə uzun müddət yaşıl meydanlardan kənar qalacaq Zlatan İbrahimoviçə əvəzləyici tapıb. SportLine.az BBC Sporta istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Torino"da çıxış edən Andrea Belottini komandasında görmək istəyir.

Məlumata görə, futbolçunun keçidi "qırmızı şeytanlar"ı 100 milyon avro xərcə sala bilər. İngiltərə klubu transferi mövsümün sonunadək həll etmək niyyətindədir.

Qeyd edək ki, 2015-ci ildən "Torino"da çıxış edən A.Belotti 25 qolla A Seriyanın bombardiridir.