"Mançester Yunayted" ingilis futbolçunu satmağa hazırdır

"Mançester Yunayted" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Meyson Mauntu zədəyə meyilli olduğu üçün satmağı düşünür.

Sportline.az xəbər verir ki, bu barədə GOAL.com saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq klubun idman departamenti ilə söhbət edib və Mountun satıla biləcəyini qeyd edib.

İngilis futbolçu 2023-cü ilin yayında "Çelsi"dən "Mançester Yunayted"ə keçib. Bu müddət ərzində o, zədələr səbəbindən 147 gün buraxıb.

Qeyd edək ki, Maunt ötən mövsüm mankunyanların heyətində 20 oyunda 1 qol və 1 asistlə yadda qalıb