"Mançester Yunayted" ingilis futbolçuya həftəlik 160 000 funt sterlinq maaş təklif edir

"Mançester Yunayted" "Everton"dan ayrılacağı gözlənilən Cerred Brenueyti heyətinə qatmaq istəyir.

Sportline.az jurnalist Kris Uilerə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı futbolçuya həftəlik 160 000 funt sterlinq maaş təklif edirlər.

Mənbənin sözlərinə görə, Mançester klubu "Everton"un müdafiəçi üçün 50 milyon funt sterlinq (59 milyon avro) təklifini rədd etdikdən sonra Brentueytə bu maaşı təklif edib.

Ötən mövsüm Mersisayd klubunun heyətində 41 oyuna çıxan müdafiəçi 3 qol vurub. Onun komanda ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, Brentueytin transfer dəyəri 42 milyon avrodur.