"Mançester Yunayted" ispanı geri qaytarır
"Mançester Yunayted" Serxio Regilonun xidmətinə daha ehtiyac duymur.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"in ispaniyalı futbolçusunu icarədən geri qaytarırlar.
Baxmayaraq ki, mançesterlilər onunla mövsümün sonunadək razılığa gəlmişdilər.
Görünür, Regilonun çıxışı baş məşqçi Erik ten Haqı qane etməyib.
Qeyd edək ki, o, mançesterlilərin heyətində çıxdığı 12 oyunda məhsuldarlığı ilə seçilməyib.