"Mançester Yunayted" ispaniyalı oyunçu ilə danışıqlar aparır

"Mançester Yunayted" "Atletiko"dan ayrılan Mario Hermosonu heyətinə qatmaq istəyir.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, İngiltərə klubu 29 yaşlı müdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

Xəbərdə bildirilir ki, Hermoso illik 6 milyon avro maaşla 3 mövsümlük müqavilə tələb edir.

Qeyd edək ki, ötən mövsüm "Atletiko"nun heyətində 45 oyuna çıxan futbolçu aktivinə 2 qol və 2 asist yazdırıb.