"Mançester Yunayted" ispaniyalı qapıçı ilə təmas halındadır

"Mançester Yunayted" "Espanyol"un ispaniyalı qapıçısı Joan Qarsiya ilə yaxından maraqlanır.

Sportline.az "El Partizado de Cope" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Joan Qarsiya üçün "Espanyol"la danışıqlara başlayıb.

23 yaşlı kiper üçün İspaniya klubu ən azı 25 milyon avro tələb edir. 

Qeyd edək ki, Qarsiya cari mövsüm "Espanyol"un heyətində çıxış etdiyi 32 matçda qapısında 41 top görüb.