"Mançester Yunayted" Konfrans Liqasına enə bilər

"Mançester Yunayted" UEFA Avropa Liqasından kənarda qala bilər.

Sportline.az xəbər verir ki, bu, UEFA-nın klub sahibliyi qaydaları ilə əlaqələndirilir.

Bu haqda "The Telegraph" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klubun sahibi Cim Retkliff və onun şirkəti İneosun gələn həftənin birinci gününədək "Mançester Yunayted"lə "Nitsa"nın sözügedən yarışa buraxılması ilə bağlı məsələni həll etməyə vaxtı var. 

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən bir sahibkarın yalnız bir klubu müəyyən yarışa qatıla bilər.