"Mançester Yunayted" "Liverpul" qarşısına belə çıxacaq
Martın 17-də İngiltərə Kubokunun 1/4 final mərhələsində maraqlı duel gözlənilir.
Sportline.az xəbər verir ki, söhbət "Mançester Yunayted" - "Liverpul" matçından gedir.
Oyunqabağı mançesterlilərin heyətində zədəlilərin olması komandanın fanatlarını qayğılandırırdı.
Amma baş məşqçi Erik Ten Haq narahatlığa əsas olmadığını bildirib.
Niderlandlı mütəxəssis Rasmus Hoylund, Harri Maquayr və Aaron Van-Bissakanın artıq komandanın məşqlərinə qatıldığını deyib.
Sözügedən futbolçuların martın 17-dəki oyunda heyətdə olacağı gözlənilir.