"Mançester Yunayted" "Liverpul"la oyuna itkilərlə çıxacaq
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 17-ci turunun "Liverpul"la qarşılaşmasına itkilərlə çıxacaq.
Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Erik ten Haq deyib.
O, "Evening News"a açıqlamasında Harri Maquayr və Marsyalın bazar günü keçiriləcək oyunda iştirak etməyəcəyini bildirib.
Niderlandlı mütəxəssis digər zədəli futbolçuların da durumuna aydınlıq gətirib.
Ten Haq Lük Şou və Markus Reşfordun sıraya qayıtdığını və "Liverpul"la oyunda meydana çıxa biləcəklərini deyib.