"Mançester Yunayted" Marsyalla bağlı qərar verdi
"Mançester Yunayted" Antoni Marsyalla yola davam etməyəcək.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" fransalı hücumçunun müqaviləsini uzatmayacaqlar.
Bu haqda jurnalist Devid Ornşteyn Tvitterdə məlumat yayıb.
Futbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında bitəcək.
Planlar dəyişməsə, 28 yaşlı futbolçu klubu azad agent kimi tərk edəcək.
Marsyalın təxmini transfer dəyəri 15 milyon avrodur.