"Mançester Yunayted", "Milan" və "Tottenhem" türkiyəli futbolçu ilə maraqlanır

Azad agent statusunda olan türkiyəli yarımmüdafiəçi Yusuf Yazıcı bir sıra böyük klubların radarına düşüb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə İngiltərədən  "Mançester Yunayted" və "Tottenhem", İtaliyadan "Milan" və "Latsio", Türkiyədən isə "Qalatasaray" maraqlanır.

Ötən mövsümü "Lill"də keçirən Yusuf meydana çıxdığı 42 oyunda 12 qol vurub, 4 asist edib.

Qeyd edək ki, Yazıcı daha əvvəl ÇSKA və "Trabzonspor"da da oynayıb.