"Mançester Yunayted" misli görünməyən müqavilə bağlayacaq
"Mançester Yunayted" yeni titul sponsoru ilə müqavilə imzalamağa hazırlaşır.
Sportline.az Thee Telegrap nəşrinə istinadla xəbər verir ki, "Qualcomm Technologies" şirkəti ilə 2024/25 mövsümündə qüvvəyə minəcək anlaşma "qırmızı şeytanlara" 60 milyon funt sterlinq qazandıracaq.
Bu anlaşma futbol sahəsində rekordu qıracaq.
Bundan əvvəlki ən yüksək məbləğli müqavilə "Real"la "Fly Emirates" şirkəti arasında bağlanmışdı.