"Mançester Yunayted" Niderland millisinin hücumçusunu heyətinə qatır

"Bolonya" və Niderland millisinin hücumçusu Çoşua Zirkze karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportline.az The Athletic-ə istinadla xəbər verir ki, Mançester Yunayted 23 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır.

Mənbənin sözlərinə görə, "Qırmızı-şeytanlar" "Bolonya" ilə  müqavilə şərtlərində razılığa gəliblər.

İngiltərə klubunun bu transfer üçün qarşı tərəfə 40 milyon avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, Zirkze ötən mövsüm İtaliya klubunun heyətində 37 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.