"Mançester Yunayted" niderlandlı futbolçunu icarəyə götürə bilər

"Mançester Yunayted" PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Xavi Simons üçün icarə müqaviləsini nəzərdən keçirir.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 21 yaşlı futbolçunun AVRO-dakı çıxışı "Qırmızı-şeytanlar"ın baş məşqçisi Erik Ten Haqın diqqətini cəlb edib.

Xavi Simons 2023-cü ildə PSV-dən PSJ-yə 4 milyon avro qarşılığında transfer olunub.Ötən mövsümü icarə əsasında "Laypsiq"də keçirən futbolçu Almaniya klubunun heyətində 43 oyunda 10 və 15 asistlə yadda qalıb.

Qeyd edək ki, 2020-ci ildən Niderland millisinə çağırılan Simons çıxdığı 20 oyunda 2 qol ilə komandasına xeyir verib.