"Mançester Yunayted" Norveç klubuna məğlub olub
"Mançester Yunayted" mövsüm öncəsi ilk yoldaşlıq oyununu keçirib.
Sportline.az xəbər verir ki, "qırmızı-şeytanlar" Norveçdə "Rosenborq" komandası ilə qarşılaşıblar.
Görüş meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolun müəllifi 90+3-cü dəqiqədə Noah Holm olub.
Qeyd edək ki, İngiltərə nəhəngi növbəti hazırlıq oyununu iyulun 20-də "Reyncers"ə qarşı keçirəcək. Matç Şotlandiyada baş tutacaq.