"Mançester Yunayted" növbəti mərhələdə

"Mançester Yunayted" İngiltərə liqa kubokunda 1/16 final mərhələsinin matçına çıxıb.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə Çempionşip təmsilçisi "Luton"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

"Luton" - "Mançester Yunayted" - 0:3
Qollar:
 Mata, 44-pen, Reşford, 88, Qrinvud, 90+2

"Mançester Yunayted" 1/8 finalda "Preston Nord End" - "Brayton" cütünün qalibi ilə qarşılaşacaq