"Mançester Yunayted" parlamaqda olan ulduzu hədəfləyib
"Mançester Yunayted" heyəti gənc futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, mançesterlilər "Benfika"nın 19 yaşlı yarımmüdafiəçisi Joau Neveşin xidmətində maraqlıdırlar.
Klub rəhbərliyi ona komandadan gedişi gündəmdə olan Kazemironun əvəzləyicisi kimi baxırlar.
Bu transferin "qırmızı" şeytanlar"a 70 milyon avroya başa gələcəyi gözlənilir.