“Mançester Yunayted” “Qalatasaray”a "yox" dedi

“Qalatasaray” heyəti gücləndirmək məqsədi ilə İngiltərəyə üz tutub.

Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə nəhəngi “Mançester Yunayted”in yarımmüdafiəçisi Fred üçün 5.2milyon avro təklif edib.

Amma, bu məbləğ “Mançester Yunayted”i qane etmədiyindən razılıq əldə olunmayıb. 

Qeyd edək ki, futbolçunun hazırki dəyəri 20 milyon avrodur.