"Mançester Yunayted" qapıçı problemini həll edə bilmir
Qapıçı mövqeyini gücləndirmək niyyətində olan “Mançester Yunayted” Onnana üçün “İnter” ilə son dəfə görüşəcək.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızı şeytanlar” təcrübəli qapçı üçün bundan öncə 3 dəfə təklif göndərsə də bu, “İnteri” qane etməyib.
Bununla belə, “Mançester Yunayted” son dəfə İtaliya klubu ilə görüşmək istədiyini bildirib.
Qeyd edək ki, David De Heya ilə yollarını ayıran mançesterlilər Onnananın transferində israrlıdırlar.