"Mançester Yunayted" rekord transferə hazırlaşır

"Çelsi"nin hücumçusu Eden Azara daha bir müştəri tapılıb. SportLine.az xəbər verir ki, "Mançester Yunayted" belçikalı futbolçunun xidmətində maraqlıdır. "Sun" nəşrinin yaydığı məlumata görə, Joze Mourinyo E.Azarı komandasında görmək istəyir.

"Qırmızı şeytanlar" futbolçunun keçidi üçün 100 milyon avro ödəməyə hazırdır. Tərəflər razılaşsa, E.Azar Britaniya futbol tarixinin ən bahalı transferi olacaq.

Xatırladaq ki, Madrid "Real"ı da futbolçunu heyətində görmək istəyir. Amma "Marca"nın yaydığı xəbərdə Marko Asensio, Serxio Ramos və Kərim Benzemanın bu transferə qarşı olduğu yazılıb.