"Mançester Yunayted" Reşford məsələsinə aydınlıq gətirdi

“Mançester Yunayted” Markus Reşfordla müqaviləni yeniləyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı hücumçu ilə anlaşmanın müddətini 2028-ci ilədək uzadıblar.

Baş məşqçi Erik Ten Haq futbolçunun oyunundan razı qaldığını və onunla yola davam etmək istədiyini deyib.

Qeyd edək ki, Reşford bu mövsüm “Mançester Yunayted” forması ilə çıxdığı 56 oyunda 30 qol və 11 asistlə yadda qalıb