"Mançester Yunayted" türkiyəli futbolçu ilə maraqlanır

"Mançester Yunayted" "Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldızı heyətinə qatmağı planlaşdırır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Kenan üçüm "Yuventus"a 60 milyon avro ödəməyə hazırdır.

19 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 6 qol və 4 asistlə yadda qalıb.